Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
“Turan Tovuz”un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinə dəvət alıb.
Klubdan Musteqil.az-a verilən məlumata görə, 32 yaşlı müdafiəçi Liberiya ilə keçiriləcək Afrika Millətlər Kubokunun təsnifat mərhələsinin oyunları üçün yığmaya cəlb olunub.
Qarşılaşmalar müvafiq olaraq, martın 24-ü və 28-də baş tutacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.