Qlobal kokain istehsalı rekord səviyyəyə çatıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünyada kokain istehsalına tələbat rekord həddə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi hesabat yayıb. Bildirilir ki, koronavirus səbəbindən yığılıb qalan sifarişləri çatdırmaq üçün 2021-2022-ci illər arasında koka bitkisinin becərilməsi 35 faiz artaraq rekord səviyyəyə yüksəlib.

Araşdırmalar nəticəsində Qərbi və Mərkəzi Afrikada qaçaqmalçılıq üçün yeni mərkəzlər tapılıb. Hesabatda həmçinin qeyd olunur ki, qaçaqmalçılar narkotikləri istehlakçılara çatdırmaq üçün beynəlxalq poçt xidmətlərindən daha çox istifadə edirlər.

İdarənin məlumatına görə hazırda Avropa və Şimali Amerika ən böyük kokain bazarı olaraq qalmaqdadır. Ondan sonra Cənubi və Mərkəzi Amerika və Karib hövzəsi gəlir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu