“Polad Bülbüloğlu mənimlə fəxr etdiyini söylədi”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Müğənni Roza Zərgərli Qazaxıstanda TÜRKSOY tərəfindən keçirilən konsertdə Xalq artisti Polad Bülbüloğlu ilə rəqs etməsi barədə danışıb.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə 106.3 FM-də Kazım Sübhanın “Şou-Mall” verilişində qonaq olarkən söz açıb:

“O, oxuyanda mən kulisdə oynayırdım. Bütün Xalq artistləri, görkəmli sənətkarlar arxamdan itələdi ki, səhnəyə çıx. Yoxsa, mən səhnəyə çıxmağa utanardım. Sənətkardır, onun səhnəsinə girmək tərbiyəsizlikdir – mən elə sayıram. Amma hərə bir tərəfdən dedi, çıxdım. O da məni gördü, bildi ki, elə addım atmaram.

Ziyafətdə də çox gözəl sözlər dedi, çox fəxr etdiyini söylədi. Bu, mənim üçün ən böyük tərifdir. O mənim üçün ən böyük şöhrət idi. Çünki uşaqlıqdan pərəstişkarı olmuşam. Bundan başqa, dahi Bülbülün yadigarıdır – ona toxunmaq, salamlaşmaq, bir foto çəkdirmək əbədi bir yadigardır”.

Qeyd edək ki, R.Zərgərli Qazaxıstanda rəsmi şəxslərlə görüşmüş və Karaqanda şəhərində səhnə almışdı.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu