1679053956 rozazergerli 333116287 491120513055390 8109038185354578262 n

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Müğənni Roza Zərgərli Qazaxıstanda TÜRKSOY tərəfindən keçirilən konsertdə Xalq artisti Polad Bülbüloğlu ilə rəqs etməsi barədə danışıb.

Musteqil.az Olay.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə 106.3 FM-də Kazım Sübhanın “Şou-Mall” verilişində qonaq olarkən söz açıb:

“O, oxuyanda mən kulisdə oynayırdım. Bütün Xalq artistləri, görkəmli sənətkarlar arxamdan itələdi ki, səhnəyə çıx. Yoxsa, mən səhnəyə çıxmağa utanardım. Sənətkardır, onun səhnəsinə girmək tərbiyəsizlikdir – mən elə sayıram. Amma hərə bir tərəfdən dedi, çıxdım. O da məni gördü, bildi ki, elə addım atmaram.

1679053956 rozazergerli 333116287 491120513055390 8109038185354578262 n

Ziyafətdə də çox gözəl sözlər dedi, çox fəxr etdiyini söylədi. Bu, mənim üçün ən böyük tərifdir. O mənim üçün ən böyük şöhrət idi. Çünki uşaqlıqdan pərəstişkarı olmuşam. Bundan başqa, dahi Bülbülün yadigarıdır – ona toxunmaq, salamlaşmaq, bir foto çəkdirmək əbədi bir yadigardır”.

Qeyd edək ki, R.Zərgərli Qazaxıstanda rəsmi şəxslərlə görüşmüş və Karaqanda şəhərində səhnə almışdı.

1679053915 rozazergerli 325575171 2425832224230888 8497048478698184230 n




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//dolatiaschan.com/4/5013541