1463424

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şimali Koreya lideri Kim Çen In Koreya yarımadası ətrafında tez-tez genişmiqyaslı hərbi təlimlər təşkil edən ABŞ və Cənubi Koreya ilə mübarizəni davam etdirəcəklərini bəyan edib.

Musteqil.az xəbər verir ki, Kim Çen In ölkəsinin qitələrarası ballistik raket sınağını şəxsən izləyib. O sınaqlardan sonra açıqlamasında bildirib ki, Şimali Koreya nüvə silahına nüvə silahı ilə cəbhə münaqişəsinə isə cəbhə münaqişəsi ilə cavab verəcək. Kim Çen Inın sözlərinə görə, Pxenyanın uzunmüddətli təhlükəsizlik siyasətində heç bir dəyişiklik olmayıb. Kim Çen In ölkənin strateji silahlı qüvvələrini “dərhal reaksiya” üçün hazırlıqlarını davam etdirməyə çağırıb.

Qeyd edək ki, Yaponiyanın paytaxtı Tokioda keçirilən tarixi Yaponiya-Cənubi Koreya zirvəsi ərəfəsində Şimali Koreyanın qitələrarası ballistik raket atması bölgədə gərginliyi artırıb. Hərbi təlimlər çərçivəsində buraxılan “Hwasong-17” qitələrarası ballistik raketi uğurla sınaqdan keçirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//ookroush.com/4/5013541