Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
İtaliyanın paytaxtı Roma şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinin ilk yarış günündə 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxıb.
Azərbaycan Cüdo Federasiyasından Musteqil.az-a bildirilib ki, cüdoçumuz Kənan İsmayılov (-60 kq) yarışı 3-cü yerdə başa vurub. O, bürünc medal uğrunda görüşdə niderlandlı idmançı Emiel Carinqə qalib gəlib.
Digər bir cüdoçumuz İbrahim Əliyev (-73 kq) isə yarışı 7-ci yerdə tamamlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.