Həccə gemək istəyənlərin nəzərinə – Sənəd qəbulu başlayır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gündən Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılır.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Həcc ziyarətinə getmək üçün Xarici pasport; Şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil; Sağlamlıq haqqında arayış tələb olunur.

Sənəd qəbulu Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsi ilə həyata keçiriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu