“Finlandiyanın NATO üzvlüyünün təsdiqi prosesinə başlayırıq”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Finlandiya Prezidenti Sauli Niinistönü qəbul edib.

Metbuat.az xəbər verir ki, görüşdən sonra liderlər birgə mətbuat konfransında çıxış ediblər.

Ərdoğan Finlandiyanın NATO üzvlüyü məsələsinə toxunaraq onu danışıqların əsas mövzularından biri adlandırıb və Skandinaviya ölkəsinin alyansa daxil olma protokolunu təsdiqləyəcəklərini bəyan edib.

“Biz Finlandiyanın öhdəliklərini yerinə yetirmək üçün konkret addımlar atdığını gördük. Qət olunmuş məsafəyə əsaslanaraq, Finlandiyanın NATO-ya daxil olma protokolunun parlamentimizdə təsdiqi prosesinə başlamaq qərarına gəldik. İsveçlə isə terrorla bağlı məsələlərlə bağlı müzakirələr davam etdiriləcək”, – deyə dövlət başçısı bildirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu