Fatimə qəza keçirən köməkçisindən yazdı: “İnşallah gənc canına qıymaz”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rəqqasə Fatimə Fətəliyeva qəza keçirən köməkçisi Aytac Bayramzadə ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, rəqqasə Aytacın tez zamanda əvvəlki sağlığına qovuşmasını diləyib:

“Mənim əzizim Aytacım, inan nə dilim söz tutur, ne gözümün yaşı quruyur. Nə deyəcəyimi bilmirəm, sözlər boğazımda düyünlənir. Allah böyükdür, inşallah sənin gənc canına qıymaz, ailənə və bizlərə bağışlayar. Dualarımız səninlədir gözəl qızım. Yazan, zeng edən, maraqlanan hər kəsə minnətdaram, inşallah ən qısa zamanda Aytacın ən xoş xəbərini birlikdə eşidərik”.

Qeyd edək ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı “Kratos” restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu