Cəlilabadda 4 avtomobil toqquşdu – Xəsarət alan var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin H. Əliyev prospektində qeydə alınıb.

Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə “BMW” markalı minik avtomobilini avtoyumadan götürüb. O, avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub. Qəza zamanı 4 avtomobil toqquşub.

Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu