Boksçularımız Monteneqroda beynəlxalq turnirdə mübarizə aparacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Martın 14-də Monteneqronun Budva şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək yarışda Azərbaycan yığması 14 idmançı ilə təmsil olunacaq.

Metbuat.az xəbər verir ki, baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadə Budvada Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 57 kq), Nəsir Səyyad (60 kq), Aslan Quliyev (63,5), Sənan Hətəmov (67 kq), Ziya Həsənov (71 kq) və Səbuhi Əlizadəyə (92 kq) şans verəcək.

Qızlardan ibarət yığma məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında çıxış edəcək. O, turnirdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq), Qızbəs İsgəndərli (57 kq) və Emili Rzayevanı (66 kq) sınayacaq.

Yarışda hakimlər sırasında isə Anar Nağdıyev, Fikrət Hacıyev və Elxan Quliyev yer alacaq.

Bu gün Monteneqroya yollanan komanda martın 20-də Bakıya qayıdacaq.

Qeyd edək ki, turnirdə 23 ölkədən 191 (55 qız, 136 oğlan) boksçunun iştirakı gözlənilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.