Bəxtiyar Musayev rəsi müavini idi, bu gündən RƏİS OLDU

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mərkəzi Gömrük Hospitalının rəis müavini, Tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev bu gündən Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim təyin olunub.

Bu barədə Metbuat.az Hospitaldan xəbər verilib.

Qeyd edilib ki, Bəxtiyar Musayev1982-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika I fakültəsini bitirib, 1982-1983-cü illərdə 5 saylı Klinik Xəstəxanada Cərrahiyyə üzrə internatura keçib.

O, 1984-1989-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının ET Fiziologiya İnstitutunda baş laborant, kiçik elmi işçi, 1989-2000-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ET Qastroenterologiya İnstitutunda kiçik, daha sonra baş elmi işçi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Topçubaşov adına ET Kliniki Təbabət İnstitutunda böyük elmi işçi, 2000-2018-ci illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah kimi çalışıb.

Bəxtiyar Musayev 2018-ci ildən 16 mart 2023-cü ilə qədər Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini vəzifəsində, eyni zamanda ümumi cərrah kimi fəaliyyət göstərib. 50-dən yuxarı elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 3 metodik tövsiyənin müəllifidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu