AZAL Azərbaycan və Bəhreyni birləşdirəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.

AZAL-dan Metbuat.az-a bildirilib ki, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də həyata keçiriləcək. İlkin olaraq, uçuşlar həftədə bir dəfə – cümə axşamı yerinə yetiriləcək. İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə olunacaq.

Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox turistik yerləri ilə tanınan Fars körfəzində yerləşən bir ada ölkəsidir.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu