Azərbaycanda daha iki yerüstü piyada keçidi istifadəyə verilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20,2-ci kilometrində yerüstü piyada keçidləri istifadəyə verib.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, 1-ci piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 37,5 metr, eni 3,5 metr, pilləkənlərin eni 3 metr yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir. Keçidin layihəsi çərçivəsində Bakı şəhəri istiqamətində uzunluğu 50 metr olan istinad divarı da tikilib.

2-ci piyada keçidinin isə uzunluğu 30 metr, hərəkət hissəsinin eni 3,5 metr təşkil edir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid tağvari metal konstruksiyalıdır.

Hər iki keçidin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacaqları quraşdırılıb. Keçidlər müasir lift sistemləri və videomüşahidə qurğuları ilə təchiz olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu