Azərbaycan paracüdoçusu Misirdə qızıl medal qazanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandasının üzvü Namiq Abaslı Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

Metbuat.az xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Martın 16-dək davam edəcək turnir “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün göz tibbi təsnifat keçirilib. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu