Zeytun yağı yaddaşı möhkəmləndirir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Səhər yeməyi zamanı 1 çay qaşığı zeytun yağı qəbul etmək bir çox səbəbdən faydalıdır.

Yunanıstan alimlərinin apardıqları tədqiqatların nəticələri göstərir ki, zeytun yağından istifadə yaddaşın möhkəmlənməsinə kömək edir. Xüsusən onun qəbulu demensiyanın, o cümlədən Altsheymer xəstəliklərinin inkişafı ilə assosiasiya yaradan baş-beyin hüceyrələrində düyünlərin cəmlənməsinin azalmasına səbəb olur.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, zeytun yağı sümüklərin vəziyyətini yaxşılaşdırır. Onun tərkibində sümük və oynaqların sağlamlığı üçün zəruri olan xeyli mikroelementlər var. Əgər o, rasionda omeqa-3 yağ turşuları ilə zəngin digər ərzaqlarla uyğunlaşırsa, o halda nəticələr daha nəzərəçarpan ola bilər. Bu ərzaqlar artrit zamanı xüsusən effektlidir.

İltihabı azaldır. Tədqiqatlar sübut edir ki, zeytun yağı və omeqa-3 tərkibli ərzaqlar iltihaba qarşı mübarizədə kömək edə bilər. Həmçinin xroniki iltihabi xəstəliklər zamanı vəziyyəti yaxşılaşdıraraq fayda gətirir.

Bağırsaqların sağlam fəaliyyətinə kömək edir. Səhər yeməyi zamanı 1 çay qaşığı zeytun yağı yeməyə bu səbəb sizdə maraq oyada bilər. Belə vərdiş bağırsağı qəbizlikdən müdafiə edir.

Dərinin xarici görünüşünü yaxşılaşdırır. Təsadüfi deyil ki, dəri üçün kremlərin əksəriyyətinin tərkibində zeytun yağı var. Bu yağın antibakterial və iltihabəleyhinə xassəsindən dəridə şiş, qızartı və qırışlar zamanı müvəffəqiyyətlə istifadə etmək olar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu