Zəlzələdə ölən futbolçunun adı stadiona verilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyədə baş verən zəlzələdə həlak olan “Kahramanmaraş İstiklalspor” klubunun futbolçusu Saruhan Bolatın adı Giresundakı stadionlardan birinə verilib.

Metbuat.az xəbər verir ki, bu barədə Giresunda Yağlıdərə rayonunun bələdiyyə sədri Yaşar İbaş açıqlamasında deyib.

O bildirib ki, bundan sonra arenanın adı Saruhan Bolat rayon stadionu olacaq.

Qeyd edək ki, “Kahramanmaraş İstiklalspor” Türkiyənin həvəskarlar liqasında çıxış edir. Adıçəkilən komandanın daha iki oyunçusu Taner Kahriman və Hakan Doğan da dağıntılar altında qalaraq ölüblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu