Vasif Tağıyev bu məşhur Xalq artistinin qohumu imiş

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı zamanı yaralanan mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev Xalq artisti Firəngiz Mütəllimovanın qohumudur.

Metbuat.az xəbər verir ki, bu barədə Firəngiz Mütəllimova sosial media hesabında bildirib. Xalq artisti dayısı nəvəsi Vasif Tağıyevi evində ziyarət edib.

“Mənim qəhrəman balam, Vasif, dayım nəvəsi, ürəyim. Səninlə qürur duyuram. Yaşadığın bütün sarsıntı, həyəcan geridə qalsın. Sən ailəmizin fəxrisən, Allah yolunu açıq eləsin. Sağlam və xoşbəxt ol, mərd balam. Allah səni və əzizlərini qorusun”.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu