Türkiyədə növbəti möcüzə: 12 gün dağıntılar altında sağ qaldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyəli xilasedicilər Hatay vilayətində 278 saat beton qalıqları altında qalan 45 yaşlı kişini çıxara biliblər.

Metbuat.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Dağıdıcı zəlzələlərdən 12 gün sonra da Hatayda axtarış-xilasetmə işləri davam edir. Bu vilayət zəlzələdən ən çox əziyyət çəkən bölgələrdən biri olub.

45 yaşlı Hakan Yasinoğlu xilasedicilər tərəfindən bir neçə saat əvvəl Defne mahalında yaşadığı və tərk edə bilmədiyi evin dağıntıları altında aşkarlanıb. O, qənaətbəxş vəziyyətdə xəstəxanaya çatdırılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu