Türkiyə üçün futbol ulduzlarını bir araya gətirir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyədə və Suriyada zəlzələdən zərər çəkənlər üçün bir sıra klublar səfərbər olub.

Metbuat.az xəbər verir ki, “Real Madrid” klubu da fəlakətə biganə qalmayıb. AS qəzetinin xəbərinə görə “Real Madrid” Türkiyəyə dəstək məqsədilə İspaniyada xeyriyyə matçı təşkil etməyi planlaşdırır. Paytaxt Madriddə keçiriləcək oyun üçün “Real Madrid”in və “Atletiko Madrid”in stadionu nəzərdən keçirilir.

Xeyriyyə oyununa həm “Real Madrid”də, həm də Türkiyədə forma geyinmiş Quti Hernandez və Roberto Karlos da dəvət alıb. Xeyriyyə işlərinə “Atletiko Madrid”, “Rayo Valyecano” və “Getafe” klublarının da cəlb edilməsi nəzərdə tutulub. Qarşılaşmadan əldə olunan gəlir zəlzələdən zərər çəkənlərə göndəriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu