azerbaycan

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Musteqil.az Publika.az-a istinadən xəbər verir ki, azərbaycanlı xilasedici Əli Şirzadov xilasetmə işləri zamanı qızıl-zinət əşyaları taparaq ərazinin jandarma bölməsinə təhvil verib.

Xilasedicimizin bu örnək davranışını Türkiyənin “Yalova Press” media orqanı yayımlayıb və Azərbaycana təşəkkür edib.

“Azərbaycandan olan xilasedicilər fəlakətin baş verdiyi ilk gündən etibarən verdiyi dəstək səyləri ilə kahramanmaraşlıların qəlbindəki yerini ikiqat artırdı”, – deyə nəşr yazıb.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

azerbaycan

08b18a7c e4c0 4682 ab8b 0c3784d0dc60945a55ce bca0 42d8 81cd 85f74bbad25012b28fc7 8168 4da1 92fe eeaad3b72bba

66b36233 6618 4bc3 9273 526bdfdf918b

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//chalaips.com/4/5013541