“Təranənin uşaqları dövlətin himayəsinə veriləcək”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Aparıcı Vüsalə Əlizadə həbs edilən prodüser Təranə Səmədova barədə danışıb.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, xəbər verir ki, sənətçi təqdim etdiyi “7 canlı” verilişində bu xəbərdən təəssüfləndiyini bildirib:

“Dəfələrlə o qədər çalışdım ki, bir tanış kimi dəstək olum, məsləhət verdim. Allah anası İradə xalaya rəhmət etsin, çox gözəl insan idi. Təranənin yaşanan belə problemlərinə görə çox əziyyət çəkirdi.

Allah balalarını qorusun. Uşaqlar dövlət himayəsinə veriləcək deyirlər. Çox təəssüf, Təranə… Həyatını yenidən, sıfırdan qura bilərdin, hər şeyi gözəl edə bilərdin. Allah qorusun, heç kim həyatdan sığortalanmayıb, amma… Allah qapısını açsın”.

Qeyd edək ki, Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu