Son günlər atəşkəs niyə pozulmur?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Son günlər həm, Azərbaycan-Ermənistan sərhədində, həm də rusların nəzarətində olan Azərbaycan ərazilərində atəşkəsin pozulması halları müşahidə olunmur. Bunun səbəbi nədir?

Metbuat.az xəbər verir ki, bununla bağlı Turkustan.az-ın sorğusunu cavablandıran hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bunu bir neçə faktorla əlaqələndirmək olar: “İlk növbədə atəşkəs adətən Ermənistan tərəfindən və Qarabağda mövcud olan silahlılar tərəfindən intensiv şəkildə pozulurdu. Buna rast gəlməməyimiz ilk növbədə Ermənistan sərhədində yerləşən ATƏT-in monitorinq qrupunun mövcudluğu ilə bağlıdır”.

Ekspert bildirib ki, Qarabağ ərazilərində isə erməni silahlılarının atəşkəsi pozmaması Laçın yolunda keçirilən aksiya, həmçinin, aksiya nəticəsində Laçın dəhlizində Azərbaycanın daimi nəzarət mexanizmləri yarada bilməsi varinatı ilə bağlı ola bilər. Yəni, separatçılar hazırda hərbi fazada aktivliyə belə deyək ki, “bəhanə vermək” istəmirlər. Çünki, anti-terror əməliyyatı daim masadadır və istənilən hərbi təxribat zamanı icra oluna bilər”.

Ə.Verdiyevin sözlərinə görə istənilən halda erməni ordusunun real potensialı Azərbaycana qarşı atəşkəsi pozmağa imkan vermir. “Lakin burada ən ciddi faktor ondan ibarətdir ki, son günlərdə biz Rusiya ilə Ermənistan arasında kifayət qədər ciddi fikir ayrılıqlarının olduğunu görürük. Lavrovun son bəyanatı da Ermənistanı dərindən məyus edib. KTMT-nin ərazisində təlim keçirməsinə icazə verməməsindən sonra Ermənistan anlayır ki, istənilən atəşkəs pozuntusu Azərbaycan tərəfinin sarsıdıcı zərbəsi ilə nəticələnə bilər. Buna görə də ermənilər özlərini rus çətirinin altından çıxmış bir vəziyyətdə olduqlarını yaxşı anlayırlar. Bu səbəbdən atəşkəs pozuntularına bir qədər fasilə veriblər. Lakin bunun uzun müddət davam edəcəyi haqda iddia etməyə əlimizdə heç bir əsasımız yoxdur”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu