Ronaldonun sevgilisi açıq geyimlərinə görə cərimələnə bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Portuqaliyanın “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriqes cərimələnə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, buna futbolçunun sevgilisinin Səudiyyə Ərəbistanında olarkən geyindiyi çox açıq paltarlar səbəb ola bilər. Belə ki, o, dekolteli və ayaqları görünən uzun yarığı olan paltar ilə ictimaiyyətə arasına çıxıb. Bu görüntülər Səudiyyə Ərəbistanı ədəb qanununu pozulmasına səbəb ola bilər.

Qeyd edək ki, 2019-cu ildə Səudiyyə Ərəbistanında ictimai ədəb qaydalarına riayət edilməsi haqqında qanun qəbul edilib. İctimai yerlərdə qolları dirsəyə qədər, ayaqları isə topuğa qədər örtən bol paltar geyinmək tövsiyə olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu