Ordubadda yeməkxanada ictimai qaydanı pozan şəxs həbs edilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ordubad rayonu ərazisində yeməkxanalardan birində ictimai qaydanı pozan vətəndaş barədə polisə məlumat daxil olub.

Naxçıvan DİN-dən Metbuat.az-a verilən xəbərə görə, polis əməkdaşları hadisə yerində olub, ictimai asayışı pozan Ordubad rayon sakini Samir Qurbanov saxlanılıb.

Samir Qurbanov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.

Ordubad rayon məhkəməsinin qərarı ilə Samir Qurbanovun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu