Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirib.
Musteqil.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahan üçün 2 bina ayrılıb.
İmtahanlar Naxçıvan şəhər 5 nömrəli və 14 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda Naxçıvan üzrə 500-dən artıq bakalavr iştirak edib.
Qaydalara görə proses zamanı bakalavrlara 50-si məntiqi təfəkkür, 25-i xarici dil, 25-i isə informatika olmaqla, ümumilikdə 100 sual təqdim olunub. Hər bir doğru cavab bir balla qiymətləndirilib, səhv cavablar iştirakçının ümumi nəticəsinə təsir etməyib.
Naxçıvanda imtahanın idarə olunmasına 6 imtahan rəhbəri, 48 nəzarətçi-müəllim, 6 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.