Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər saxlanılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Abşeron rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər saxlanılıb.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri İsayev, Musfiq İsayev, Asim Ağayev və Samir Rzayev saxlanılıblar. Bu şəxslər izahatlarında narkotikləri şəxsi istifadələri üçün Xırdalan şəhərində yaşayan Aqil adlı şəxsdən aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs – Aqil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxş zamanı 4 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkar edilib. Aqil Əsgərov ifadəsində Xırdalan şəhəri və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

İdarə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər – Amil Talıbov da saxlanlılıb. Həmin şəxsdən isə 1 kiloqrama yaxın marixuana aşkar olunub.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu