Laçın-Xankəndi yolunda aksiya iştirakçıları gecə saatlarında da fəaldırlar

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da coşqu ilə davam edir.

Metbuat.az xəbər verir ki, havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları Laçın-Xankəndi yolunda hər zamankı kimi, yenə də fəaldırlar. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Bu gün ərzində Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus 49 minik və təminat avtomobili, həmçinin BQXK-ya məxsus 12 avtomobil maneəsiz hərəkət edib. Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması tələbi ilə keçirilən aksiya artıq 64 gündür davam edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu