Deputatdan Şahbaz Xudoğlunun təklifinə REAKSİYA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xudoğlunun dilimizin dəyişdirilməsi ilə təklifi kəskin tənqidə səbəb olmuşdu.

Təklifi tənqidlərə TUŞ GƏLDİ: “Türkiyə türkcəsinə keçməyin zamanıdır”

Metbuat.az xəbər verir ki, deputat Sabir Rüstəmxanlı Şahbaz Xuduoğlunun ədəbi dil haqqında yazısını anlayışla qarşılanmalı olduğunu qeyd edərək bildirib ki, bir təklif irəli sürməklə dil dəyişilməz:

“Ona görə də bu qədər əsəbi rəylərə ehtiyac yoxdur. Məncə, ana dilimizin hörmətli müdafiəçiləri Şahbazın yazısındakı, daha doğrusu, yazının alt qatındakı bir kinayəyə, ağrıya fikir verməyiblər. Şahbaz deyir ki, evində, küçə-bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir müstəqilik, hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmırsa, bəlkə, dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız və istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq. Bu, bir həyəcan siqnalıdır. Yatanları oyatmaqdır! Güzgünü qınamaqdansa, özümüzə baxaq! Şahbaza hücum çəkməkdənsə dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür. O, ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb”, – deyə Rüstəmxanlı vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu