Canni De Byazi Emrelinin “Konyaspor”a keçidindən danışdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmanın futbolçusu Mahir Emrelinin Türkiyə “Konyaspor”una keçidinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, İtaliyalı mütəxəssis Report-a müsahibəsində 26 yaşlı hücumçunun Superliqa təmsilçisində daha çox oynayacağına ümid etdiyini söyləyib.

Onun sözlərinə görə, forvardın stabil, fasiləsiz şəkildə meydana çıxması milli komanda üçün çox vacibdir: “Əfsuslar olsun ki, Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda az oynayırdı. Ola bilsin ki, özü zəif və ya əsas heyətdəki rəqibləri çox güclü idilər. Bunun səbəbini dəqiq bilmirəm. Amma inanıram ki, Türkiyədə tez-tez oynayacaq. Onun martda milli komandaya yaxşı formada gəlməsi bizə çox lazımdır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu