Bu tarixdə əks-hücum əməliyyatları olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Ukraynadakı münaqişə hazırda kritik məqamdadır. Əgər Ukrayna tərəfi Qərbin hərbi yardımından istifadə edərsə döyüş meydanında vəziyyətin trayektoriyasını dəyişə biləcək”.

Metbuat.az-ın məlumatına görə bu fikirləri “The Washington Post” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazıb. Qəzetin məlumatına görə Zelenski administrasiyası bu yardımlardan istifadə etməsə gələcəkdə Ukraynanın hərbi yardım alması çətin olacaq.Buna səbəb Konqresdəki müxalif Respublikaçıların və Amerikanın Avropadakı müttəfiqləri arasında müəyyən anlaşılmazlıqların olmasıdır.

“Biz Ukraynanı inandırmağa çalışırıq ki, əbədi olaraq onlara yardım edə bilmərik. Administrasiya əmindir ki, gələcəkdə Konqresdən Kiyev üçün əvvəlki kimi yardım almaq çətin olacaq”.

Qəzetin yazdığına görə, Vaşinqton hesab edir ki, bu yaz Rusiya və Ukraynanın itirilmiş əraziləri geri qaytarmaq üçün əks-hücum əməliyyatları olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu