“Beşiktaş” ulduz hücumçu üçün israr edir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Beşiktaş” “Roma”nın təcrübəli futbolçusu El Şaaravini transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Beşiktaş” futbolçuun özü və meneceri ilə görüşüb. 30 yaşlı hücumçu “Beşiktaş”a keçməyə etiraz etməsə də, hazırda “Roma”dan ayrılmaq istəmədiyini ifadə edib. O, “Beşiktaş”a “Hal-hazırda getmək barədə düşünmürəm. Mövsümün sonunda görüşək” deyə cavab verib.

Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, bununla belə “Beşiktaş” futbolçunu transfer etmək üçün israr edir. Məlumata görə, Türkiyə təmsilçisi futbolçunu transfer olmağa razı salmaq üçün daha bir görüş tələb edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu