“Bayden qorxusundan “Şimal axını”nı partlatmağı gecikdirib”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ prezidenti Co Bayden “Şimal axını” qaz kəmərlərini partlatmaq istəyib.

Metbuat.az xəbər verir ki, bu fikirləri “Berliner Zeitung” qəzetinə müsahibəsində tanınmış amerikalı hüquq müdafiəçisi, publisist Seymur Herş deyib. O iddia edib ki, əvvəlcə partlayış 2022-ci ilin iyun ayına planlaşdırılsa da, sonradan Ağ Evin rəhbəri qorxusundan bunu sentyabra təxirə salıb. Herş bildirib ki, yayda amerikalı dalğıclar qaz kəmərlərinin altına partlayıcı maddələr yerləşdiriblər.

Amma son anda Ağ Ev rəhbəri fikrini dəyişərək və istənilən vaxt bombaları uzaqdan partlatmaq imkanı verən yeni əmr verib. Jurnalistin sözlərinə görə, əməliyyat ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilib, bombaların yerləşdirilməsi üçün sualtı qayıqlardan istifadə edilib. Planın hazırlanması Milli Təhlükəsizlik Müşaviri Jake Sullivan tərəfindən irəli sürülüb. Müzakirələrdə ABŞ dövlət katibi Entoni Blinken və onun müavini Viktoriya Nuland da iştirak ediblər.

Amerikalı jurnalist “Şimal axını”nın altında partlayan bombaların sayını açıqlayıb. Onun sözlərinə görə, Baydenin fikirlərini tez-tez dəyişməsi səbəbindən quraşdırılan səkkiz bombadan yalnız altısı işə düşüb, çünki partlayıcı qurğular çox uzun müddət suyun altında qalıb.

Baydenin bu addımı atmasına səbəb kimi Herş qeyd edib ki, sadəcə olaraq o bu qış almanları dondurmaq qərarına gəlib.

“Birləşmiş Ştatlar prezidenti Almaniyanın Ukraynaya dəstəyini dayandırmaqdansa, Almaniyanın donmasını görməyə üstünlük verib.

Öz növbəsində Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer etiraf edib ki, Almaniya hakimiyyəti ABŞ və Norveçin “Şimal axını”nın partladılmasında iştirakından xəbərdardırlar.

Pentaqonun sözçüsü Qarron Qurn isə ABŞ-ın “Şimal axını” partlayışlarında iştirakı ilə bağlı iddiaları təkzib edib. O , 2022-ci ilin oktyabrında keçirdiyi brifinqdə Amerika tərəfinin boru kəmərindəki partlayışlarda “heç bir halda” iştirak etmədiyini qeyd edib. Öz növbəsində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays jurnalistlərlə brifinq zamanı qeyd edib ki, Vaşinqton təxribatda iştirak etməyib, qaz kəmərindəki partlayışlarda əlinin olması ilə bağlı yayılan iddialar əssasızdır.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu