“Balam mənə söz vermişdi…” – Zəlzələdə ölən tələbəmizin anası fəryad edir / VİDEO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ zamanı ölüm xəbəri yayılan Şahin Vəliyevin ailəsi hələ də yaşananlara inana bilmir. Alınan acı xəbər Şahinin yaxınlarını dərindən sarsıdıb. Xəbəri eşidən hər kəs 21 yaşlı tələbənin böyüdüyü evə gəlir. Təəssüf ki, ümid dolu baxışları indi göz yaşları əvəz edir.

Şahinin anası Esmira Hüseynova deyir ki, oğlunun ölüm xəbərini ilk dəfə sosial şəbəkədən oxuyub, daha sonra Türkiyədə olan qardaşı bu faktı təsdiqləyib.

Şahin Vəliyev evin tək oğlu olub. Özündən kiçik bacısı var. Hadisə zamanı tələbələr qaçmağa çalışsa da, bu, mümkün olmayıb.

Məlumat üçün bildirək ki, 21 yaşlı Şahin Vəliyev Malatya şəhərində İnönü Universitetində İdman yönəticiliyi ixtisasında oxuyub. Malatya şəhəri Zafer məhəlləsi, Mehmet buyruq küçəsi, Hakim bey apartmanı ünvanında yaşayıb.

Metbuat.az “Musavat TV”nin hazırladığı videonu təqdim edir:

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu