Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Bakının Nəsimi rayonunda mənzildən meyit taılıb.
Musteqil.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.