Azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafına xarici investorlar cəlb olunub

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azad olunan ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə başlanılıb.

Metbuat.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Onun sözlərinə görə, artıq xarici investorlar bu sahəyə cəlb edilib.

“Artıq bununla bağlı xarici investor tərəfindən işlər başlanılıb. İnvestor tərəfindən Zəngilana 3500 cins heyvan gətirilib. Bu sayın 10 minə çatdırılması gözlənilir. Hazırda digər sahələrin inkişafı ilə bağlı da xarici investorlardan təkliflər gəlib”, – deyə Prezidentin xüsusi nümayəndəsi vurğulayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu