Azərbaycanda “Bolt” şirkəti külli miqdarda cərimələndi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdyimiz kimi, Beynəlxalq taksi aqreqatoru platforması kimi fəaliyyət göstərən “Bolt” cərimələnib.

Metbuat.az-a şirkətdən daxil olan açıqlamada qeyd edilib ki, “Bolt” bazarda sağlam rəqabət aparır:

“”Bolt” öz hərəkətlərinin qanuniliyinə və şirkətin reputasiyasına əhəmiyyət verən beynəlxalq şirkətdir. “Bolt” 45-dən çox fərqli yurisdiksiyada fəaliyyət göstərir, bəziləri ciddi şəkildə tənzimlənir, digərləri isə tənzimləmə üzərində işləyir. Rəqabətimizi rəqabətədavamlı saxlamaq və müştərilərimizə xidmət göstərmək üçün hər bir regionda tənzimləyicilərlə işləməkdən məmnunuq. İstifadəçilərimizə mümkün olan ən yaxşı xidməti təqdim etmək və “Bolt” xidmətlərinin göstərildiyi bölgələrin qüvvədə olan qanunları çərçivəsində işləmək bizim üçün çox vacibdir. Bundan əlavə, biz həmişə bazarda sağlam rəqabətə açığıq!”, – deyə məlumatda qeyd edilib.

3 fevral

Beynəlxalq taksi aqreqatoru platforması kimi fəaliyyət göstərən “BOLT” şirkəti Azərbaycanda haqsız rəqabət inhisarçılıq cəhdlərinə görə böyük məbləğdə cərimə edilib.

Metbuat.az Fed.az-a istinadən xəbər verir ki, “189 taksi”yə məxsus olan “Delivery Azerbaijan” MMC çatdırma şirkəti Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək «Bolt Services AZ» MMC barədə şikayət edib.

Şikayətdə bildirilib ki, “Bolt Services AZ” MMC qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verir.

Aparılan araşdırma iddianın doğru olduğunu təsdiqləyib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması zamanı məlum olub ki, “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərir və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozub.

Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ” MMC-yə icrası məcbur olan göstəriş verilib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub.

Xidmətdən bildirilib ki, araşdırma nəticəsində “Bolt Services AZ” MMC-yə 113 min manat maliyyə sanksiyası tətbiq edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu