Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Türkiyədəki zəlzələrlə bağlı Azərbayncandan göndərilən yardımların üzərindəki qeydlər türkləri duyğulandırıb.
Musteqil.az Trthaber-ə istinadən xəbər verir ki, Azərbaycandan zəlzələ bölgəsinə, o cümlədən Malatyaya çox sayda yardım göndərilib. Onların arasında geyim, qida, yorğan kimi yardımlar da var. Trthaber Azərbaycanlıların yardımların üzərinə qeyd etdikləri bəzi duyğulu qeydləri paylaşıb.
“Salam uşaqlar, mənim adım Reyhandır. Mən Azərbaycan qızıyam. İnşallah evlərinizə qayıdarsınız. Allah sizi qorusun”.
“Allah köməyiniz olsun. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirik. Canımızla, qanımızla yanınızdayıq Türkiyəm”.
“Tez sağalın, Azərbaycan olaraq ürəyimiz sizinlədir. Çox gözəl günlərdə istifadə etməyinizi arzu edirik. Qardaşlarımız, Allah sizi qorusun. Biz sizinləyik, dualarımızdasınız”
“Məhsullar təmizdir, cehizimdən”
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.