AQTA idxalı və istehsalı qadağan olunan təsiredici maddələrlə bağlı xəbərdarlıq edib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində tətbiqi qadağan olunmuş təsiredici maddələrin siyahısına 47 əlavənin edilməsinə dair 2022-ci ilin dekabr ayında qəbul olunmuş qərardan irəli gələn məsələlərlə bağlı sahibkarlara xəbərdarlıq edib.

AQTA-dan Metbuat.az-a verilən xəbərə görə, xəbərdarlıqda bildirilib ki, müvafiq qərarla təsdiq olunmuş və 29.12.2022-ci il tarixində ictimaiyyətə açıqlanmış siyahıda göstərilən təsiredici maddələrdən hazırlanmış preparatların 2023-cü il fevralın 1-dən istehsalı və idxalı dayandırılıb. 2024-cü il yanvarın 1-dən isə həmin preparatların ölkə ərazisində tətbiqi qadağan ediləcək.

Həmçinin AQTA tərəfindən qəbul olunmuş qərarla bağlı məktub göndərilən Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasından, eləcə də həmin təsiredici maddə tərkibli preparatların anbar qalıqları mövcud olan sahibkarlardan 2023-cü ilin əkin mövsümü ərzində qadağan edilməsi nəzərdə tutulan təsiredici maddələrdən hazırlanmış preparatların anbar qalıqlarının satışının təşkili və istifadə olunması üçün müvafiq tədbirlərin görülməsi bildirilib. Eyni zamanda bildirilib ki, 2024-cü il yanvarın 1-dək istifadə olunmamış preparatlarla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının sahibindən geri alınaraq zərərsizləşdirilməsi və ya məhv edilməsi” Qaydalarının müddəalarına uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2021-ci ildə AQTA-nın qərarı ilə 191 adda təsiredici maddədən hazırlanmış preparatların ölkə ərazisində tətbiqi qadağan olunub. Eyni zamanda Agentlik tərəfindən bu istiqamətdə aparılan araşdırmalar davam etdirilib. Nəticədə 2022-ci ildə müvafiq Beynəlxalq Konvensiyalarda, Avropa İttifaqında və Türkiyə Respublikasında istifadəsi qadağan olunan təsiredici maddələr əsas götürülməklə, siyahıya yeni 47 adda təhlükəli təsiredici maddənin əlavə edilməsi məqsədəuyğun hesab olunub. Bu məsələ müvafiq qaydada Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyi ilə razılaşdırılıb.

“Azərbaycan Respublikasında tətbiqi qadağan edilmiş təsiredici maddələrin Siyahısı”na əlavə olunan və 29.12.2022-ci il tarixində ictimaiyyətə açıqlanmış 47 adda təsiredici maddə ilə aşağıdakı siyahıdan tanış olmaq mümkündür:

1. 1,3-Dichloropropene

2. 1,7-Dioxaspiro-[5.5]-undecane

3. Amitraz

4. Atrazine

5. Benomyl

6. Beta-cypermethrin

7. Brodifacoum

8. Bromophos-ethyl

9. Carbaryl

10. Carbendazim

11. Carbosulfan

12. Chlorfenapyr

13. Chlorpyrifos (ethyl)

14. Chlorpyrifos-methyl

15. Coumachlor

16. Cyclanilide

17. Cyhexatin

18. Cyfluthrin

19. Diazinon

20. Dichlorvos (DDVP)

21. Diniconazole-M

22. Diquat

23. DNOC

24. EPN

25. Fenpropathrin

26. Flusilazole

27. Glufosinate

28. Haloxyfop

29. Hexaconazole

30. lmibenconazole

31. lprodione

32. Linuron

33. Maneb

34. Metolachlor

35. Novaluron

36. Plant extracts (Red oak, Prickly pear cactus, Fragrant sumac, Red mangrove)

37. Propargite

38. Propineb

39. Pymetrozine

40. Short-chain chlorinated paraffins (SCCPs)

41. Tetramethrin

42. Terbutryn

43. Thiodicarb

44. Triadimefon

45. Triasulfuron

46. Trimedlure

47. Trifloxysulfuron



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu