Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək. Silahsız polis əməkdaşları Ermənistan tərəfdə xidmət aparacaq.
Musteqil.az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetindən bildirilib.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib ki, Aİ-nin beynəlxalq missiyasına Avropanın müxtəlif ölkələrindən olan 100 polis daxil olacaq. Onlardan maksimum 15 nəfər Almaniyadan olacaq.
Avropalı müşahidəçilərin missiyası fevralın 20-də başlayacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.