Əminə Ərdoğan Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

Metbuat.az xəbər verir ki, bu barədə Əminə Ərdoğan tvitter hesabında paylaşım edib.

“Sizin dərdiniz bizim dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. İlk gündən humanitar yardım təyyarələri ilə, xüsusilə də axtarış-xilasetmə qrupları ilə bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəyə görə təşəkkürümü bildirirəm”, – deyə paylaşımda qeyd edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu