0c349351f8 cc950f65 6bf4 3e39 8537 d6c98e7b622e

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb, onlardan 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musteqil.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Bəhruz Eyvazov və Ruslan İsmayılov saxlanılıblar. B.Eyvazovun əlindəki sellofan bağlamaya baxış keçirilən zaman 1 kiloqramdan artıq marixuana, R.İsmayılovun evindən isə külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa keçirilən tədbirlərlə oğurluq əməlləri törədən şəxslər tutulub və onlardan narkotik vasitələr də götürülüb. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Maksum Yusifov və Cabir Əmirov olduqları müəyyən edilib. M.Yusifov mağazalardan nəğd pul, C.Əmirov isə avtomobillərə məxsus akkumulyatorlar oğurlayaraq sakinlərə maddi ziyan vurublar. Saxlanılarkən onların üzərində aparılan axtarış zamanı müvafiq olaraq metamfetamin və heroin də aşkar edilərək götürülüb.

Həmçinin yanvar ayı ərzində keçirilən tədbirlərlə daha 6 nəfərdən də müxtəlif növ narkotik vasitələr aşkar edilib. Həmin şəxslər də cinayət məsuliyyətinə cəlb ediliblər. Ümumilikdə isə 2 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

0c349351f8 cc950f65 6bf4 3e39 8537 d6c98e7b622e

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//augailou.com/4/5013541