Tünzalə Əliyevanın son sözləri qan dondurdu: “Gedirəm, amma…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Tünzalə yaşamaq istəyirdi. Amma son dəqiqələrində nəfəs ala bilmirdi. Həkimlərə yalvardı ki, məni aparata qoşun, nəfəs alım. Reanimasiyaya yola salanda da axırıncı sözü bu oldu ki, “gedirəm, amma qayıdacam, yaşayacam”.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva bildirib.

Bacısının sözlərinə görə, qızı Tünzalənin öldüyünü bilmir: “Yayılan video köhnədir, çünki uşağın xəbəri yoxdur. Həmişə deyirdi ki, “Tünüş ölsə, mən də ölərəm. Ona görə qorxudan nəsə deyə bilmirik”.

O qeyd edib ki, aktrisanın atasının səhhəti yaxşı olmadığı üçün yas mərasimində iştirak edə bilmir: “Atamın təzyiqi düşdü, yaxşı deyil. Bircə onunla təskinlik tapıram ki Tünzalənin üzünü açanda gülürdü”.

Qeyd edk ki, T. Əliyeva ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu