“Real”dan gözlənilməz qərar – Ançelottinin əvəzinə…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Real” klubun baş məşqçisi kimi Xabi Alonsonu Karlo Ançelottinin yerinə uyğun görür.

Metbuat.az bildirir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, italyan müqaviləni yeniləməmək qərarına gələrsə, Madrid komandasının keçmiş futbolçusunun dəvət olunması variantı nəzərdən keçirilir.

Mənbənin məlumatına görə, “Kral klubu”nun nümayəndələri sabiq madridlinin gənclər komandasındakı məşqçilik təcrübəsini, həmçinin İspaniya və Almaniyadakı işini nəzərə alaraq, gələcəkdə komandaya rəhbərlik edə biləcəyinə inanırlar.

Əlavə edək ki, hazırda Alonso “Bayer”in baş məşqçisidir. Bu mövsüm “əczaçılar” 16 oyundan sonra 21 xal toplayaraq Bundesliqanın turnir cədvəlində onuncu pilləni tuturlar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu