1458967

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xaricdən gətirilmiş yeni cins damazlıq heyvanların satışına başlanılıb.

Musteqil.az nazirliyə istinadən xəbər verir ki, məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır.

Avropada geniş yayılmış və vətəni Şotlandiya olan cinslərdən olan ətlik istiqamətli Aberdin-Anqus inəkləri ekoloji şəraitə tez uyğunlaşan cins damazlıq heyvanlardır.

Bu heyvanlar yerli cinslərin damazlıq xüsusiyyətlərinin təkmilləşdirilməsində istifadə olunur. Aberdin-Anqus inəklərinin məhsuldarlıq göstəriciləri olduqca yüksəkdir. Bu inəklərinin ətində yağ faizi digər inəklərə nisbətən 6 dəfə aşağıdır. Yerli inəklərin ətində yağlılıq dərəcəsi 35-36%, Aberdin-Anqus inəklərində isə 6-7% olur. Törədici inəklərin çəkisi 900-1100 kiloqram, düyələrin çəkisi isə 500-600 kiloqram olur. Ət çıxımı 60-65 %-ə çatır. 12 aylıq cöngələrin çəkisi 350 kiloqrama çatır və intensiv yemləmə zamanı çəki sutkada 800-850 qram artır. Satışa çıxarılan 18-26 aylıq boğaz inəklərdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//dolatiaschan.com/4/5013541