1458888

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin 23-ci buraxılışında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış əsgər Nicat İmamverdiyevin şərəfli ömür yolundan bəhs olunub.

Musteqil.az xəbər verir ki, Nicat Məhərrəm oğlu İmamverdiyev 19 fevral 1995-ci ildə Şəkidə dünyaya gəlib. 2001-ci ildə Şəki şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2010-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib. Elə həmin il Şəki şəhər 1 saylı Texniki Peşə Məktəbinə qəbul olub və 2013-cü ildə həmin məktəbi elektrik qaz qaynaqçısı ixtisası üzrə bitirib. Həmin məktəbdə oxuyan zaman paralel olaraq avtomobil təmiri sexində usta köməkçisi kimi çalışıb.

Nicat İmamverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan və Talış uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər İmamverdiyev oktyabrın 16-da Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, həmçinin düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Nicat Məhərrəm oğlu İmamverdiyev Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalları ilə təltif edilib.

Qeyd edək ki, layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qələbəni bizə yaşadan qəhrəmanlarımızı tanıtmaq və onların xatirəsini hər zaman yad etməkdir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whoursie.com/4/5013541