MEDİA-nın üçüncü könüllülük proqramı uğurla yekunlaşıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Medianın İnkişafı Agentliyinin üçüncü könüllülük proqramı uğurla yekunlaşıb.

Metbuat.az xəbər verir ki, oktyabr-yanvar aylarını əhatə edən proqramın məqsədləri gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq olub. Proqram çərçivəsində könüllülər fərdi və peşəkar inkişaf təlimlərində, yerli və beynəlxalq tədbirlərdə, sosial aksiyalar və layihələrdə iştirak edib, həmçinin MEDİA Agentliyinin tədbirlərinin təşkilinə dəstək göstəriblər.

Üçüncü könüllülük proqramının yekunlaşması ilə bağlı MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov proqramın nəticələrini müzakirə edib və məzun könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu