1458985

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Nazirkər Kabinetinin avtomobillərin ban şüşələrinə örtüklərin çəkilməsi məsələsi ilə bağlı rəsmi qərarına münasibət bildirib.

Onun sözlərinə görə, NK-nın 21.01.2023-ci il tarixli 18 saylı qərarı ilə minik avtomobillərinin sürücüdən arxada yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına icazə verilir. Bu şüşələrə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Yəni bu o deməkdir ki, həmin şüşələrə istənilən tündlükdə plyonka çəkilə və jalüz quraşdırıla bilər.

Lakin minik avtomobillərinin göstərilən şüşələrinə pərdə asılması nəzərdə tutulmur.

Ə. Hüseynov əlavə edib ki, qabaq qapıların şüşələrinə və alın şüşəsinə hər hansı örtük çəkilməsi nəzərdə tutulmur. Yalnız alın şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.

Bu Qərar 30 gündən sonra – təxminən 23 fevraldan qüvvəyə minəcək.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thefacux.com/4/5013541