Məşhur “Əqrəb mövsümü” serialının ikinci mövsümü çəkiləcəkmi?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İctimai televiziyada yayımlanan “Əqrəb mövsümü” serialı geniş izləyici kütləsinin marağını qazandı. Hazırda sosial şəbəkələrdə 12 bölmədən ibarət olan serialın ikinci mövsümünün çəkilib çəkilməyəcəyi də izləyicilərin ən çox ünvanlandırdığı suallar sırasındadır.

Metbuat.az xəbər verir ki, “Əqrəb mövsümü” serialının ssenaristi və aktyoru Azər Aydəmir Pravda.az-a müsahibəsi zamanı bu suala cavab verib. Azər Aydəmir deyib ki, ikinci mövsümün çəkilməsi ilə bağlı danışıqlar gedir.

“Serial Ceyhun Hidayətlinin “Əqrəb” romanının motivləri əsasında çəkilib. Əlbəttə, xeyli dəyişikliklər, kitabda olmayan əlavə personajlar, yaxud çıxarılan, yerdəyişməsi olan personajlar var. Adətən bu işin üsulu budur, çünki kitab indiki zamanın dövrün istəklərinə və aktuallığına uyğun formalaşdırılır… Bu, roman, bu, hekayə sözsüz ki, bitir, amma bizim qəhrəmanlarımız qalır – Azərbaycan Respublikasının Baş Prokurorluğu heç yerə getmir, onlar həmişə iş başındadır. Biz bu dünyadan köçəndən sonra da, bu dünyaya gəlməzdən qabaq da onların işi var. Əsas qəhrəmanlarımız qalmaq şərti ilə, sözsüz ki, yeni cinayət işlərinin həyata keçməsi üzərində danışıqlar gedir. Dəqiq deyil ki, ikinci mövsüm olaraq davam edəcəyik, yoxsa yox, amma bu istiqamətdə danışıqlar gedir. İnsanların geridönüşündən çox şey asılıdır. Əlbəttə, bu cür sevilmə, bu partlayış nə qədər çox davam etsə, o qədər də ikinci mövsümün möhürünü vuracağıq”.

Qeyd edək ki, çox seriyalı bədii film yazıçı Ceyhun Hidayətlinin “Əqrəb” romanının motivləri əsasında Azər Aydəmir tərəfindən ssenariləşdirilib. Film “Pərdə” trilogiyasının yaradıcıları tərəfindən səhnələşdirilir və rejissoru Emil Quliyevdir. “Əqrəb Mövsümü” dram, triller, detektiv janrındadır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu