“Mən güclüyəm, dəyərliyəm, qadınam” layihəsi çərçivəsində ilk təlim baş tutub

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022″ fərdi qrant müsabiqəsində qaliblərdən biri olan ictimai fəal gənc Pəri İbrahimovanın icra etdiyi “Mən güclüyəm, dəyərliyəm, qadınam” layihəsi çərçivəsində ilk təlim keçirilib.

Metuat.az-ın məlumatına görə, layihənin həyata keçirilməsində əsas məqsəd məişət zorakılığı ilə bağlı məsələlərdə maarifləndirməni, hüquqi bilikləri və xanımlarda özünə güvəni yüksətməkdir.

Baş tutan təlim zamanı təlimçi Vəfa Rüstəm layihə üçün seçilmiş 20 gənc xanıma “Gender bərabərliyi” mövzusunda məlumatlar, əsasən ilkin anlayışları ötürüb, iştirakçı qızların gündəlik, şəxsi həyatlarında, o cümlədən peşə seçimlərində qarşılaşdıqları gender problemlərini müzakirə edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qaranlıq qalan məqamlar müzakirə olunub.

Davud Tarverdiyev



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu